Çin sərhəd məhdudiyyətlərilə əlaqəli qərararın müddətini uzadıb

Çin Xalq Cümhuriyyəti yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində qəbul etdiyi sərhəd məhdudiyyətlərinin müddətini gələn ilin ortalarına qədər uzatmağa qərar verib.

1662842
Çin sərhəd məhdudiyyətlərilə əlaqəli qərararın müddətini uzadıb

Çin Xalq Cümhuriyyəti yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində qəbul etdiyi sərhəd məhdudiyyətlərini gələn ilin ortalarına qədər uzatmağa qərar verib.

"Wall Street Journa"ın xəbərinə görə Çinin səhiyyə rəsmiləri bu qərara "Covid-19"un yeni variantları səbəbi ilə gəlindiyini bildiriblər. 

Çində son 24 saat ərzində 25 yeni yoluxma qeydə alındığı bununla da ümumi yoluxma sayının 91 min 629-a yüksəldiyi qeyd edilib.

Ölkədə epidemiyanın başlanğıcından bəri 4636 nəfər dünyasını dəyib. 

Digər tərəfdən, Çin 1 milyard 50 milyon doza ilə ən çox "Covid-19" peyvəndi tətbiq edən ölkədir.



Әlaqәli Xәbәrlәr