Antonio Quterreş: “İran səlahiyyətlilərilə əməkdaşlığı davam etdirəcəyik”

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarrik İbrahim Reisinin cümə günü İranda keçirilən Prezident seçkilərindəki zəfəri ilə əlaqədar açıqlama yayıb.

1662606
Antonio Quterreş: “İran səlahiyyətlilərilə əməkdaşlığı davam etdirəcəyik”

Stefan Dujarrik qeyd edib ki, BMT Baş katibi Quterreş, iranlılar və bölgə xalqlarının mənafeyi naminə İran səlahiyyətliləri ilə əməkdaşlığın davam etdirilməsini gözlədiyini bildirib.

Sözçünün sözlərinə görə Baş katib BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında təşkil olunan gündəlik mətbuat konfransında İbrahim Rəisinin vəzifəyə başlamasına 6 həftə qaldığını xatırladaraq adi prosesin izləniləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, İranda 18 iyun tarixində keçirilmiş Prezident seçkilərində səslərin 62%-ni toplayan İbraihim Reisi ölkənin 8-ci Prezidenti olub.

 



Әlaqәli Xәbәrlәr