ABŞ-ın 38 faizi quraqlıqdan yanır

ABŞ Quraqlıq İzləmə İdarəsinin (USDM) məlumatına görə

1662254
ABŞ-ın 38 faizi quraqlıqdan yanır

 

  Amerika Birləşmiş Ştatlarının qərbində istiliyin rekord səviyyəyə yüksəlməsi quraqlıq təhlükəsini dərinləşdirib.

  Ölkənin qərbinin təxminən yarısının quraqlıqdan təsirləndiyi yerlərdə təcili tədbirlər görülməzsə, su qıtlığı daha böyük problemə çevriləcək.

  ABŞ Quraqlıq İzləmə İdarəsinin (USDM) məlumatına görə, ölkənin 38 faizi quraqlıqdır. Təxminən 300 milyon hektarlık əkin sahəsi quruyub.

  Quraqlığın səbəb olduğu su qıtlığından bilvasitə təsirlənən adam sayı 94 milyondan yuxarıdır.

  İsti hava dalğasıyla quraqlıq şərtlərinin birləşməsi çayların və su qaynaqlarının daha çox qurumasına, anbarlardakı su səviyyəsinin düşməsinə səbəb olub.

  ABŞ-ın ən böyük su ehtiyatı sayılan Mid (Mead) gölündə indiyə qədərki ən aşağı su səviyyəsi ölçülüb.

  Son bir il ərzində yağışın azlığı ilə yanaşı, qlobal iqlim dəyişikliyinin də quraqlıq üzərində təsirli olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr