Əfqanıstan prezidenti ABŞ-a gedir

Əfqanıstan prezidenti Əşrəf Qani və Milli Sülh Ali Şurasının sədri Abdullah Abdullah 25 iyunda Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər ədəcəklər

1661839
Əfqanıstan prezidenti ABŞ-a gedir

 

  Əfqanıstan prezidenti Əşrəf Qani və Milli Sülh Ali Şurasının sədri Abdullah Abdullah 25 iyunda Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər ədəcəklər

  Ağ Evin sözçüsü Jan Psaki bu barədə məlumat yayaraq bildirib ki, ABŞ prezidenti Co Bayden Əfqanıstan prezidenti Qani və Milli Sülh Ali Şurasının sədri Abdullahı Ağ Evdə qəbul edəcək, səfər ilə iki ölkə arasındakı daimi tərəfdaşlıq daha möhkəmlinəcək.

  ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxararkən qadınlar, qızlar və azlıqlar başda olmaqla, əfqan xalqına siyasi, iqtisadi və humanitar yardımla bağlı verdiyi sözlərə əməl edəcəyi, ölkənin daha terrorçu qruplaşmalarına meydan verilməməsi üçün Əfqanıstan hökuməti ilə yaxın əməkdaşlıq münasibətlərində olacağı vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr