21 İyun – Dünya Yoqa Günüdür

Yoqa – ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır

1661389
21 İyun – Dünya Yoqa Günüdür

 

   Yoqa – ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etimoloji mənşəyində saxlanılır.

  Yoqa sözü – Sanskrit dilində yuj sözündən götürülüb. Mənası, "birlik", "ittifaq" deməkdir. "Yoqa" sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən götürür ki, o da tərcümədə "birləşmə", "qovuşma", "tövhid" mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) "Yoqa sutra" əsərində təsvir edilir.

  Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini oxumağı və s. bacarırlar.

  Yoqa təlimi bugünkü elmə təsir etmiş ən güclü mistik cərəyandır və bugünkü alimlər mistikanı, fövqəltəbii qabiliyyətləri analiz etmək üçün ən çox hind yoqları üzərində təcrübə, müşahidə aparırlar. Demək olar ki, fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir.

  Yoqa səkkiz hissədən meydana gəlir. Bu hissələr Ashta-Anga olaraq adlandırılar.

1) Yama – müsbət yönlərin inkişaf etdirilməsi,

2) Niyama – mənfi yönlərin aradan qaldırılması,

3) Asana – fiziki duruşlar,

4) Pranayama – nəfəs və enerji texnikaları,

5) Pratyahara – bioenerji və çakra texnikaları,

6) Dharana – konsentrasiya texnikaları.

7) Dhyana – Meditasyiya texnikaları,

8) Samadhi – süpermeditasiya texnikaları.

  Yoqanın tarixi öz kökləri ilə qədim zamanlara gedib çıxır. Hind çayı boyunca tapılmış və Hind sivilizasiyasına (b.e.ə. 3300-1700 illər) aid olan bəzi əlyazmalarda meditativ və yoqa pozalarında olan fiqurlar təsvir olunmuşdur.

  İnsanlığın başlanğıcından bəri Yoqa tətbiq olunmaqdadır. İlk başlarda Ustaddan şagirdə şifahi köçürülən məlumatlar zaman içində başqa təlimlərlə qarışdırıldığı üçün günümüzdən 2000-3000 il əvvəl Ustad Patancali tərəfindən təkrar orijinal halına sadələşdirilib kitab halına gətirilmişdir. Yoqanın bu orijinal halını izah etdiyi kitab Yoqa Sutradır.

  Yoqa bütün dünyada populyarlaşmaqdadır.

  2014-cü ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) üzv dövlətləri 21 iyunun Beynəlxalq Yoqa Günü elan olunması haqqında qətnamə qəbul ediblər. Həmin tarixdən etibarən 21 iyun Beynəlxalq Yoqa Günü dünyada milyonlarla insan tərəfindən qeyd olunur.



Әlaqәli Xәbәrlәr