Pakistan ABŞ-a hərbi baza verməyəcək

İmran Xan ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra Vaşinqton rəhbərliyinin bu ölkədəki əməliyyatları üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə qətiyyətlə baza verməyəcələrini bildirib.

1661052
Pakistan ABŞ-a hərbi baza verməyəcək

Pakistanın Baş naziri İmran Xan ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra Vaşinqton rəhbərliyinin bu ölkədəki əməliyyatları üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə qətiyyətlə baza verməyəcələrini bildirib.

Baş nazir Xan "HBO" kanalındakı "Axios on HBO" proqramına verdiyi müsahibədə Pakistanın hərbi bazalardan istifadəyə dair mövqeyini təsdiqləyib.

Pakistan ərazilərindən Əfqanıstana istiqamətli hər hansı bir hərəkətə və ya hərbi bazaya icazə vermə imkanlarının olmadığını söyləyən Xan ABŞ əsgərlərinin Əfqanıstandan çıxmasından sonra Vaşinqton rəhbərliyinin CIA-yə bu sahədəki əməliyyatları üçün qətiliklə bir baza verməyəcəklərini qeyd edib. 

Baş nazir olmaqdan əvvəl də həm ABŞ-ın Əfqanıstan əməliyyatları üçün Pakistan ərazilərindən istifadə etməsinə və həm də Pakistana pilotsuz təyyarələrin endirilməsinə görə keçmiş hökumətləri tənqid edən Xanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra ölkəsində qeydiyyatda olan ABŞ-a məxsus hər hansı dron hücumu olmayıb.



Әlaqәli Xәbәrlәr