Nepalda daşqın nəticəsində ölənlər olub

Nepalda güclü yağışların səbəb olduğu daşqınlarda 7 nəfər həyatını itirib, ən az 50 nəfər itkin düşüb.

1659740
Nepalda daşqın nəticəsində ölənlər olub

Nepalda güclü yağışların səbəb olduğu daşqınlarda 7 nəfər həyatını itirib, ən az 50 nəfər itkin düşüb.

"The Himalayan Times" qəzetindəki xəbərə görə, güclü yağışlar Nepalın paytaxtı Katmanduya 65 kilometr  məsafədə yerləşən Sindhupalçok bölgəsində daşqın və torpaq sürüşməsinə səbəb olub.

Səlahiyyətlilər daşqınlarda 7 nəfərin həyatını itirdiyini və ən azı 50 nəfərin axtarıldığını açıqlayıb.

Melamchi çayı üzərindəki körpülər dağıdılıb, bir çox evə ziyan dəyib.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.



Әlaqәli Xәbәrlәr