İsrail qüvvələri fələstinli uşağı öldürüb

İsrail qüvvələri Nablus şəhərində qanunsuz yəhudi məskunlaşmalarına qarşı nümayiş zamanı bir Fələstinli uşağın başından vuraraq öldürüb.

1659654
İsrail qüvvələri fələstinli uşağı öldürüb

İsrail qüvvələri işğal altındakı İordan çayının Qərb sahilində yerləşən Nablus şəhərində qanunsuz yəhudi məskunlaşmalarına qarşı nümayiş zamanı bir Fələstinli uşağın başından vuraraq öldürdü.

Yerli qaynaqlar fələstinlilərin Nablusun cənubundakı Beyta kənd ərazisində yəhudi məskənlərinin qanunsuz olaraq tikilməsinə etiraz olaraq nümayiş keçirdiyini bildirib.

Nümayiş zamanı 16 yaşlı Əhməd Bəni Şəmsə İsrail əsgərləri tərəfindən başından vurularaq yaralanıb. Bütün müdaxilələrə baxmayaraq, Əhməd aparıldığı xəstəxanada xilas ola bilməyib.

Yəhudi köçkünlər Bayta şəhəri yaxınlığındakı Sübeyh təpəsində baraklardan ibarət qanunsuz yəhudi məskənlər salmışdı.

Buna cavab olaraq fələstinlilər zaman-zaman nümayişlər təşkil edərkən, İsrail ordusu həqiqi güllələrlə müdaxilə edir.



Әlaqәli Xәbәrlәr