Bayden Putinlə görüşünün "pozitiv" keçdiyini söyləyib

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə baş tutan söhbətin tonunun “yaxşı” və “pozitiv” olduğunu bildirib.

1659512
Bayden Putinlə görüşünün "pozitiv" keçdiyini söyləyib

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşün tonunun “yaxşı” və “pozitiv” olduğunu bildirib.

Bayden bunu rusiyalı həmkarı ilə Cenevrədə keçirdiyi görüşdən sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Bayden Putinə gündəminin Rusiya və ya başqa bir ölkəyə qarşı deyil, Amerika xalqı üçün olduğunu söylədiyini vurğulayıb.

ABŞ prezidenti Rusiya Prezidenti Putinə insan hüquqları ilə bağlı narahatlıqlarını dilə gətirdiyini və bundan sonra da dilə gətirməyə davam edəcəyini söyləyib.

Bayden Putinlə yeni və inkişaf etmiş silahların yayılmasının qarşısını almaq üçün strateji sabitlik dialoq mexanizmi qurmağı qəbul etdiklərini  bildirib.



Әlaqәli Xәbәrlәr