Fransada maska ​​taxma məcburiyyətinə son qoyulur

Fransada 17-dən etibarən bəzi hallar istisna olmaqla açıq yerlərdə maska ​​taxma məcburiyyətinə son qoyulacağı açıqlanıb.

1659326
Fransada maska ​​taxma məcburiyyətinə son qoyulur

Fransada yeni növ koronavirusa (Covid-19) yoluxma hallarındakı azalmadan sonra iyunun 17-dən etibarən bəzi hallar istisna olmaqla açıq yerlərdə maska ​​taxma məcburiyyətinə, iyunun 20-dən tutmuş isə gecə komendant saatı tətbiqinə son qoyulacağı bildirilib. 

Baş nazir Jan Kasteks Nazirlər Kabinetinin toplantısından sonra təşkil etdiyi mətbuat konfransında son 7 gündə orta hesabla gündəlik yoluxma sayının 3 min 200-ə endiyini deyib.

Fransanın heç bir bölgəsində epidemiya ilə bağlı heç bir narahatlığın olmadığını vurğulayan Kasteks bu günə qədər 30 milyondan çox insanın peyvənd olunduğunu xatırladıb.

Kütləvi vəziyyətlər, stadionlar və marketlər xaricində açıq ərazilərdəki maska ​​məcburiyyətinə iyunun 17-dən son qoyulacağını qeyd edən Kasteks qapalı yerlərdə maska ​​taxmağa davam edilməsinin vacibliyini vurğulayıb.

Kasteks 23.00-06.00 arasında tətbiq olunan qadağan saatının 30 iyun yerinə 20 İyunda ləğv ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr