Cenevrədə Rusiya və ABŞ prezidentlərinin görüşü keçirilir

ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb. (YENİLƏNİB)

1659140
Cenevrədə Rusiya və ABŞ prezidentlərinin görüşü keçirilir

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenlə görüşmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdədir.

Bir müddət əvvəl Kremldən bildirilmişdi ki, görüş üç hissədən ibarət olacaq: dar çərçivədə və çay fasiləsi ilə iki genişləndirilmiş iclas. Görüşün 4 saat 45 dəq. davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Cenevrə iki ölkə arasında ilk toplantıya 1985-ci ilin noyabr ayında dövrün ABŞ prezidenti Ronald Reyqan və keçmiş SSRİ (Sovet Sosialist Respublikaları) Prezidenti Mixail Qorbaçovun iştirakı ilə ev sahibliyi etmişdi.

ABŞ-Rusiya ikinci zirvə toplantısı 36 il fasilədən sonra bu gün baş tutur. Bu münasibətlə şəhərdə təhlükəsizlik tədbirliri artırılıb.

Sammitin keçiriləcəyi əraziyə və ABŞ- Rusiya nümayəndə heyətlərinin qalacaqları otellərə uzanan yollar get-gələ bağlanıb.

Görüşdən sonra Putinin 18.30-da, Baydenin isə 20.00 mətbuat konfransı təşkil edəcəyi gözlənilir.

 



Әlaqәli Xәbәrlәr