"Rusiya-Amerika münasibətləri son illərdə ABŞ-dakı daxili siyasi mübarizəyə qurban verildi", V.Putin

Rusiya Prezidenti Vladimir Putin Cozef Bayden ilə görüşündən əvvəl Amerikanın "NBC" telekanalına müsahibə verib.

1658112
"Rusiya-Amerika münasibətləri son illərdə ABŞ-dakı daxili siyasi mübarizəyə qurban verildi", V.Putin

"Rusiya-ABŞ münasibətləri son illərdə ABŞ-dakı daxili siyasi mübarizəyə qurban verildi".
Bunu Rusiya Prezidenti Vladimir Putin sabah İsveçrənin Cenevrə şəhərində ABŞ Prezidenti Cozef Bayden ilə görüşündən əvvəl Amerikanın "NBC" telekanalına verdiyi müsahibədə deyib. 

Müsahibəsində Rusiya ilə ABŞ arasındakı münasibətlərə toxunan Putin ABŞ ilə bir çox sahədə çalışmağa hazır olduqlarını bildirib:

"Beynəlxalq münasibətlərdə sabitlik və mövzuları proqnazlaşdıra bilmək ən vacib dəyərlərdir. Amerikalı tərəfdaşlarımız tərəfindən son illərdə bu barədə heç bir şey görmədik".

Putin ABŞ-ın Rusiyanı seçkilərə müdaxilə etmək və kiber hücum təşkil etməkdə günahlandırdığına diqqət çəkərək,

"Rusiya-Amerika münasibətləri son illərdə ABŞ-da daxili siyasi mübarizəyə qurban verildi" deyib. 

Daha əvvəl ABŞ-a kiber sahədə birlikdə işləməyi təklif etdiklərini xatırladan Putin ABŞ-ın bu təklifi rədd etdiyini vurğulayıb.

NATO-nun kiber sahəsini "müharibə" bölgəsi elan etdiyini vurğulayan Putin bundan Rusiyanın "narahat" olduğunu bildirib. 

Çinin dördüncü təyyarə gəmisini inşa etmək vəziyyətini qiymətləndirən Putin bunun Rusiya üçün təhlükə yaratmadığını söyləyib.

Putin ABŞ-ın Çin ilə müqayisədə daha çox təyyarə gəmisinə sahib olduğuna diqqət çəkib.

Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnı ilə əlaqəli təşkilatların ekstremist tərəfdarı elan edilməsi məsələsinə də toxunan Putin ölkədə "xarici agent" qanununun qüvvəyə mindiyini xatırladıb.

"Bu, bizim icad etdiyimiz şey deyil. Xarici agent qanunu 1930-cu illərdə ABŞ-da qəbul edildi. Bu qanun bizimkindən daha sərtdir. ABŞ-ın daxili siyasi həyatına müdaxilənin qarşısını almaq məqsədi daşıyır. Ümumiyyətlə, bu qanunun doğru olduğunu düşünürəm" deyə Putin qeyd edib. 



Әlaqәli Xәbәrlәr