Pedro Sançez: "Yaxın zamanda Türkiyə-İspaniya zirvəsinin reallaşmasını arzu edirik"

Pedro Sançez Prezident Rəcəb Tayyib Ərdoğanla baş tutan ikitərəfli görüşündən sonra yaxın zamanda Türkiyə-İspaniya zirvəsinin reallaşmasını istədiklərini açıqlayıb.

1657991
Pedro Sançez: "Yaxın zamanda Türkiyə-İspaniya zirvəsinin reallaşmasını arzu edirik"

İspaniyanın Baş naziri Pedro Sançez Belçikanın paytaxtı Brüsseldə NATO Zirvəsi münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanla baş tutan ikitərəfli görüşündən sonra yaxın zamanda Türkiyə-İspaniya zirvəsinin reallaşmasını istədiklərini açıqlayıb.

Sançez rəsmi "Twitter" hesabından Ərdoğanla keçirdiyi ikitərəfli görüşünün fotosunu paylaşaraq, "Yaxın zamanda, iş forumu ilə birlikdə İspaniya-Türkiyə zirvəsini keçirmək üçün ortaq arzumuzu bölüşürük. Bugünkü iclasda bölgədəki vəziyyəti və qaçqın axınını da müzakirə etdik" deyə yazıb.

İspaniya Xarici İşlər Nazirliyi də görüşdə Suriya, Əfqanıstan və qaçqın axını məsələlərinin də müzakirə edildiyi, Sançesin qaçqın axınına qarşı Türkiyənin "ciddi səylərinə bələd olduğu" qeyd edilib.



Әlaqәli Xәbәrlәr