Cənubi Koreyanın baş naziri Şimali Koreyaya səsləndi

İki ölkə arasında birinci zirvə görüşünün 21-ci ildönümü münasibətilə Cənubi Koreyanın paytaxtı Seulda təşkil edilən tədbirdə çıxış edən Kim Bu-Küm Şimali Koreyanın başçısı Kim Çen İn və hökumətinə səslənərək deyib...

1658670
Cənubi Koreyanın baş naziri Şimali Koreyaya səsləndi

 

  Cənubi Koreyanın baş naziri Kim Bu-Küm (Kim Boo-Kyum) Şimali Koreya hökumətini Koreya yarımadasında dayandırılan sülh müddətini yenidən canlandırmaq üçün dialoqa çağırdı.

  Cənubi Koreya xəbər agentliyi “Yonhap”ın xəbərinə görə, iki ölkə arasında birinci zirvə görüşünün 21-ci ildönümü münasibətilə Cənubi Koreyanın paytaxtı Seulda təşkil edilən tədbirdə çıxış edən Kim Bu-Küm Şimali Koreyanın başçısı Kim Çen İn və hökumətinə səslənərək deyib: "Koreya yarımadasının barış saatının qaldığı yerdən davam etməsi üçün dialoq və uzlaşma masasına geri dönmənizi ciddi niyyətlə xahiş edirəm."

  Bundan başqa, Cənubi Koreya başçısı yeni tip koronavirus (Covid-19) epidemiyasına qarşı Şimala əməkdaşlıq təklif edərək Koreya müharibəsi üzündən ayrı düşən ailə üzvlərinin heç olmasa, onlayn olaraq bir araya gəlməsinə cəhd göstərməyə çağırıb.

  Qeyd edək ki, iki ölkə arasında əlaqələr Şimali Koreya ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin 2019-cu ilin fevralından pozulmasından bu yana soyuyub.



Әlaqәli Xәbәrlәr