“Johnson & Johnson” peyvəndinin paylanması dayandırıldı

Cənubi Afrika Respublikasında “Kovid-19” əleyhinə  “Johnson & Johnson” peyvəndinin paylanması dayandırılıb.

1657594
“Johnson & Johnson” peyvəndinin paylanması dayandırıldı

Afrika qitəsində yeni növ koronavirus (Kovid-19) hadisələrində ən çox artımın olduğu qeydə alınan Cənubi Afrika Respublikasında istifadəyə yararsız olduğu təyin olunan 2 milyon doza Kovid-19 əleyhinə “Johnson & Johnson” peyvəndinin paylanması dayandırıldı.

Cənubi Afrika Sağlamlıq Məhsulları Tənzimləmə Şurasından yayılan açıqlamada ABŞ Qida və Dərman İdarəsinin (FDA) hesabatına görə “Johnson & Johnson” peyvəndin istehsalı zamanı lazımi təhlükəsizlik protokollarına əməl edilmədiyi, bu səbəbdən 2 milyon doza  peyvəndin paylanmasının dayandırılması qərarına gəlindiyi, Cənubi Afrikalıların sağlamlığının heç bir şəkildə təhlükəyə salınmasına icazə verilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, Cənubi Afrika Respublikasında  epidemiya səbəbiylə insan tələfatı 57 mini, virusa yoluxanların sayı  isə 1 milyon 739 min nəfəri keçib.



Әlaqәli Xәbәrlәr