İsraildə Netanyahu dövrü bitdi; baş nazir Naftali Bennet oldu

İsraildə “Gələcək var” və Yamina partiyalarının rəhbərliyi ilə qurulan koalisiya hökumətinin etibar səsi almasıyla 12 ildir davam edən baş nazir Binyamin Netanyahu dövrü bitdi

1657270
İsraildə Netanyahu dövrü bitdi; baş nazir Naftali Bennet oldu

 

  İsraildə “Gələcək var” və Yamina partiyalarının rəhbərliyi ilə qurulan koalisiya hökumətinin etibar səsi almasıyla 12 ildir davam edən baş nazir Binyamin Netanyahu dövrü bitdi.

  Səsvermə nəticəsində 120 yerli parlamentdə 60 deputatın dəstəyiylə koalisiya hökuməti etibar səsi aldı.

  Naftali Bennet – Yair-Lapid koalisiyasının etibar səsi qazanmasıyla 2009-cu ilin mart ayından baş nazir olan Netanyahu dövrü sona çatdı.

  Səsvermədən sonra Netanyahu parlamentdə hökumətin vəzifə kreslosundan qalxıb müxalifət stuluna oturdu. Daha sonra İsrailin yeni baş naziri Naftali Bennet və koalisiya hökumətinin nazirləri bir-bir parlament kürsüsünə çıxaraq and içdilər.

  Yamina partiyasının sədri Bennet 2 il baş nazir olacaq, 2023-cü ilin avqustundan yerini koalisiya ortağı, “Gələcək var” partiyasının sədri Lapidə təhvil verəcək.

  Qeyd edək ki, Bennet-Lapid koalisiyası Netanyahu əleyhinə birləşən, fərqli görüşlərə malik 8 partiyadan ibarətdir. Həm vəzifə sayı, həm partiyaların bəzi mövzularda tamamilə fərqli olması İsraildə koalisiyanın ömrünün uzun olub-olmayacağı mübahisəsini yaradır.

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden İsrailin yeni baş naziri Naftali Bennetə zəng vuraraq onu yeni vəzifəsi münasibətilə təbrik edib, ABŞ-ın İsrail və Fələstin arasında sülh, təhlükəsizlik və rifah naminə İsrail hökumətiylə yaxından çalışacağı mesajını verib.



Әlaqәli Xәbәrlәr