G-7 Liderlər Sammitində başçıların təkbətək və üçlü görüşləri

Ağ Evdən verilən məlumata görə...

1656874
G-7 Liderlər Sammitində başçıların təkbətək və üçlü görüşləri

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden İngiltərədə G-7 Liderlər Sammitində ölkənin baş naziri Boris Conson, İtaliyanın baş naziri Mario Draqhi və Yaponiyanın baş naziri Yosihide Suqa ilə ayrı-ayrılıqda görüşüb.

  Ağ Evdən verilən məlumata görə, C.Bayden İtaliyanın baş naziri M.Draqhi ilə görüşündə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsini istəyib. İki lider yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı mübarizədə də sıx əməkdaşlıqla çalışmağa davam edəcəklərini bildirib.

  Əfqanıstanda sülhün və təhlükəsizliyin bərqərarı üçün İtaliyanın dəstəyini qiymətləndirən Bayden Çin, Rusiya və Liviya kimi xarici siyasət məsələlərində də Mario Draqhi ilə işləməyi qəbul edib.

  ABŞ prezidenti Yaponiyanın baş naziri Yosihide Suqa ilə görüşündə isə “Covid-19” epidemiyası, iqlim dəyişikliyi, Şimali Koreya, Çin və Tayvandakı prosesləri müzakirə edib, 23 iyulda Yaponiyada keçiriləcək Tokio Olimpiadası öncəsi görülən sağlıq tədbirlərini dəstəkləyib.

  Co Bayden İngiltərənin baş naziri Boris Conson və Avstraliyanın baş naziri Skott Morrisonla üçtərəfli görüş keçirib. Söhbət zamanı Hindistan-Sakit Okean bölgəsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran bir çox mövzudan danışılıb, bölgədəki strateji kontekstin dəyişdiyi diqqət çəkilib və üç hökumət arasında əməkdaşlığın dərinləşdirilməsi üçün razılığa gəlinib.

  İngiltərənin baş naziri Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı komissiyasının sədri Ursula Von der Leyen ilə Şimali İrlandiya Protokolunun tətbiqi ilə bağlı fikir ayrılığını da müzakirə edib.



Әlaqәli Xәbәrlәr