Dünya üzrə işləyən uşaq sayı nə qədərdir?

Beynəlxalq Əmək Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) son 4 ildə günəmuzd fəhlə kimi çalışan uşaq sayını açıqlayıb

1656767
Dünya üzrə işləyən uşaq sayı nə qədərdir?

 

  Dünya üzrə işləyən uşaq sayı 160 milyona yüksəlib.

  Beynəlxalq Əmək Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) son 4 ildə günəmuzd fəhlə kimi çalışan uşaq sayının 8,4 milyon artaraq dünya miqyasında 160 milyona çatdığını bildiriblər.

  Uşaq əməyi ilə bağlı 2020-ci ilin gələcəyə ünvanlı hesabatda “lazımi tədbirlər görülməzsə, 2022-ci ilin sonuna qədər uşaq işçilərin sayının 169 milyona çatacağı” yazılırdı.

  160 milyon işləyən uşaq arasında təhlükəli işlərdə çalışan 5 - 17 yaş arasında olan 79 milyon uşaq var. 5-11 yaşlı uşaqların 28 faizi, 12-14 yaşlı uşaqların isə 35 faizi məktəbdən kənarda qalıb.

  Bütün uşaq işçilərin 72 faizi ailələri ilə çalışır. Uşaqlar ailələrlə işləsələr də, təhlükəli işlərə cəlb olunurlar.

  Uşaq əməyi nisbəti Asiya və Sakit Okean bölgəsində 13,3-dən faizdən 5,6, Latın Amerikası və Karib dənizində isə 10 faizdən 6-ya düşsə də, Afrikanın Səhra bölgəsində 2008 – 2012-ci illər arasında azalsa da, 2012-ci ildə 21,4 olan nisbət 23.9 faiz yüksəlib.

  Uşaq işçilərin ən çox olduğu bölgə isə Səhraaltı Afrikadır.



Әlaqәli Xәbәrlәr