Çində fabriklərdən birində kimyəvi maddənin yayılması nəticəsində 8 nəfər həlak olub

Çinin Quici əyalətinin Quiyanq şəhərində bir fabrikdə zəhərli kimyəvi maddənin yayılması nəticəsində səkkiz nəfər həlak olub.

1656505

Səlahiyyətlilər kimyəvi maddənin yayılmasının fabrik işçilərinin müəssisədəki bir maşından pestisidlərdə də istifadə edilən metil formatı daşıyarkən baş verdyini bildiriblər.

Fabrikdəki qəzada 8 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.

Qəza ilə bağlı istintaq başladılıb.

Çində kimyəvi maddələrin işlənməsi ilə bağlı ölümcül qəzalar son illərdə yüzlərlə insanın ölümünə səbəb olmuşdur. 

2019-cu ildə şərqdəki Cianqsu əyalətindəki bir kimyəvi zavodda baş verən partlayış nəticəsində 78 nəfər həlak olmuşdu.

Әlaqәli Xәbәrlәr