Rusiya donanması Sakit okeanda təlim keçirir

Rusiya ordusuna bağlı Sakit okean donanmasının qoşunlarının 2021-ci il üçün hərbi idarəetmə orqanlarının hazırlıq planına uyğun olaraq təlimlərə start verilib.

1655522

Rusiya Müdafiə Nazirliyinin jurnalistlərə verdiyi açıqlamada, Sakit Okean Donanması qoşunlarının hərbi komandanlıq və nəzarət bölmələrinin hazırlıq planına uyğun olaraq həyata keçirilən təlimin Sakit okeanın mərkəzi hissəsində reallaşdığı bildirilib.

Açıqlamada donanmanın bazadan və vəzifə bölgəsindən təxminən 4 min kilometr məsafədə, okeanın ortasında, 20 döyüş gəmisi, 20 pilotsuz uçuş aparatı, Tu-142M3 model kəşfiyyat təyyarəsi və  Mig-31BM döyüş təyyarələrinin qatıldığı qeyd edilib.

Təlimin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

Әlaqәli Xәbәrlәr