Pentaqonun Həmid Kərzai Beynəlxalq Hava Limanına dair açıqlaması

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında Həmid Kərzai Beynəlxalq Hava Limanına dair açıqlama verib.

1655409
Pentaqonun Həmid Kərzai Beynəlxalq Hava Limanına dair açıqlaması

"ABŞ-ın geri çəkilməsindən sonra Əfqanıstanın paytaxtı Kabildə Həmid Karzai Beynəlxalq Hava Limanının təhlükəsizliyi üçün Türkiyə ilə ilkin görüşmələri keçiririk".

Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında Milli Müdafiə Naziri Hulusi Akarın şərtlər yerinə yetirildiyi təqdirdə Türkiyənin Kabil Həmid Karzai Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edə biləcəyini söyləməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Kirbi bu barəbə məlumatının olmadığını, ancaq həmin mövzuya dair mövzuda Ankara ilə danışıqlar aparıldığını bildirib. 

"Türkiyə liderləri ilə onların hava limanında təhlükəsizliyi təmin etmək planları ilə bağlı davamlı müzakirələrimiz var. Aydındır ki, bu, Prezident Ərdoğanın verməli olduğu bir qərardır və buna hörmətlə yanaşırıq, amma əlbəttə ki, bəzi ilkin müzakirələr apardıq və əvvəllər də dediyimiz kimi, ümumiyyətlə hava limanındakı təhlükəsizlik, nə olursa olsun, yalnız ABŞ üçün deyil, digər millətlərin də Kabildəki diplomatik varlıqlarını davam etdirə bilmələri üçün vacib olacaq" deyə Con Kirbi vurğulayıb. 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar verdiyi açıqlamada Əfqanıstanla əlaqədar olaraq ABŞ-lı səlahiyyətlilərlə görüşlər keçirdiklərini bildirərək,  "Bizim şərtlərimizdən asılı olaraq Əfqanıstanda qalmaq niyyətindəyik. Şərtlərimiz nədir? Siyasi, maliyyə və maddi-texniki dəstək. Bunlar edilsə Həmid Karzai Beynəlxalq Hava Limanında qala bilərik" demişdi.



Әlaqәli Xәbәrlәr