Dünyada "Covid-19" virusuna yoluxanların sayı 175 milyonu ötüb

Dünya üzrə "Covid-19" infeksiyasına yoluxanların sayı 175 milyon nəfəri ötüb.

1655492
Dünyada "Covid-19" virusuna yoluxanların sayı 175 milyonu ötüb

Dünya üzrə "Covid-19" infeksiyasına yoluxanların sayı 175 milyon nəfəri ötüb.

İiyunun 10-dək bütün dünyada koronavirusa 175 milyon 216 min yoluxma qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 778 min nəfərə, sağalanların sayı isə 158 milyon 740 min nəfərə çatıb.

ABŞ yeni növ korona virus infeksiyasına yoluxma hallarının miqdarına görə lider olaraq qalır. Burada koronavirusa yoluxanların sayı 34 milyon 264 min nəfəri keçib, 613 min 494 nəfər infeksiya səbəbindən həyatını itirib, 28 milyon 254 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 29 milyon 183 min nəfərdə "Covid-19" xəstəliyi təsdiqlənib, 359 min 695 nəfər vəfat edib, sağalanların sayı 27 milyon 655 min nəfərə çatıb.

Yoluxma göstəricisi üzrə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 17 milyon 125 min nəfər virusa yoluxub, onlardan 479 min 791 nəfəri ölüb, 15 milyon 596 min nəfəri sağalıb.

Xatırladaq ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Digər tərəfdən, Avropa İttifaqı ölkələrinin təxminən 100 milyon sakini koronavirus əleyhinə tam vaksinasiya olunub.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Yeddilər qrupunun (G7) iyunun 11-13-də keçiriləcək sammiti ərəfəsində Böyük Britaniyanın Karbis-Bey kurort şəhərində keçirilən mətbuat konfransında məlumat verib.

“Avropa İttifaqı artıq 100 milyon vətəndaşını koronavirus əleyhinə tam vaksinasiya edib və yetkinlik yaşına çatan əhalinin təqribən 50 faizi peyvəndin bir dozasını vurdurub”, - deyə Ursula fon der Leyen bildirib.

Onun sözlərinə görə, ilin əvvəlindən bəri Avropa İttifaqı ölkələrində yerləşən müəssisələrdə təxminən 700 milyon vaksin dozası istehsal olunub ki, bunun da 350 milyon dozası ixrac edilib.

Qeyd edək ki, Avropa İttifaqı ərazisində istehsal olunan "Covid-19" vaksinlərinin əsas alıcıları ABŞ və İngiltərədir.



Әlaqәli Xәbәrlәr