İndoneziyanın ən aktiv vulkanı püskürür

İndoneziyanın ən aktiv vulkanı olan Merapi püskürməyə başlayıb.

1654874
İndoneziyanın ən aktiv vulkanı püskürür

İndoneziyanın ən aktiv vulkanı olan Merapi püskürməyə başlayıb.

Geoloji Fəlakət Texnologiya və Araşdırma Mərkəzinin məlumatına görə, bu gün səhər radələrində vulkandan çıxan lava artıq yamac boyunca 1 600 metrə qədər axıb.

Hazırda təhlükə dərəcəsi üçüncü səviyyə qaldırılıb, sakinlərdən kraterdən üç kilometr məsafədə aralı qalmaları xahiş olunub.

Qeyd edək ki, adı “Odlu dağ” kimi tərcümə olunan Merapinin hündürlüyü 2 968 metrə çatır və o, İndoneziyanın ən fəal vulkanı hesab edilir. 2016-cı ildə vulkanın püskürməsi zamanı 347 nəfər ölüb, 60 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

 



Әlaqәli Xәbәrlәr