Tedros Qebreyesus peyvəndlərin dünya miqyasında ədalətsiz paylanmasına reaksiyasını təkrarlayıb

Tedros Adhanom Qebreyesus yeni növ koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar yoluxma sayının son 6, ölüm sayının isə son 5 həftədir azaldığını bildirib.

1653608
Tedros Qebreyesus peyvəndlərin dünya miqyasında ədalətsiz paylanmasına reaksiyasını təkrarlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus yeni növ koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar yoluxma sayının son 6, ölüm sayının isə son 5 həftədir azaldığını bildirib.

Qebreyesus Təşkilatın İsveçrənin Cenevrə şəhərindəki qərargahında təşkil etdiyi mətbuat konfransında "Covid-19" peyvəndlərinin dünya miqyasında ədalətsiz paylanmasına reaksiyasını təkrarlayıb. İlk "Covid-19" peyvəndlənməsindən 6 ay sonra yüksək gəlirli ölkələrin dünyadakı mövcud dozaların təxminən 44 faizini tətbiq etdiklərini vurğulayan Qebreyesus bunun qarşılığında aşağı gəlirli ölkələrdə bu dozaların sadəcə 0,4 faizindən istifadə edildiyinə diqqət çəkib.

Qebreyesus “Bu statistika ilə bağlı ən çox əsəb korlayan məqam, aylardır dəyişməməsidir. Haqsız peyvəndləmə, təkcə ən az peyvəndə sahib olanlar üçün deyil, bütün millətlər üçün bir təhdiddir” xəbərdarlığını edib.

Qebreyesus müsbət tendensiyaya baxmayaraq, hələ də dünya miqyasında qarışıq bir mənzərə gördüklərini və ötən həftə ÜST-ə bildirilən ölüm sayının Afrika, Amerika və Qərbi Sakit Okean bölgələrində artdığını bildirib.

Peyvəndin daha çox əlçatan olduğu ölkələrdə, yuxarı yaş qrupları arasında ölüm nisbətində azalma müşahidə etdiklərinə diqqət çəkən Qebreyesus, zəngin ölkələrə peyvənd bağışlamaq çağırışını təkrarlayıb.



Әlaqәli Xәbәrlәr