Qarşıdurma bölgələrində nə qədər uşaq yaşayır?

Birləşmiş Millətlər Təşkilatı və Uşaqları Xilasetmə Fondunun hesabatlarına görə...

1651840
Qarşıdurma bölgələrində nə qədər uşaq yaşayır?

 

  Dünyada təxminən 160 milyon uşaq şiddətli qarşıdurma bölgələrində yaşayır.

  Birləşmiş Millətlər Təşkilatı və Uşaqları Xilasetmə Fondunun (Sova The Children) bildirdiyinə görə, BMT tərəfindən 1982-ci ildə 4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü (İnternational Day of İnnocent Children Victims of Aggression) elan edilib. Bu qərar o zaman İsrailin hücumlarına məruz qalmış Fələstin və Livan uşaqlarına görə verilmişdi.

  BMT hesabatlarına görə, son 10 ildə qarşıdurmalarda şikəst qalan və ya həyatını itirən uşaq sayı 93 mindən çoxdur.

  Uşaqlara qarşı zorakılıq hadisələrinin bu günə qədərki ən yüksək rəqəmi 2020-ci ildə olub. Bu dövrdə qeydə alınan şiddət pozuntuları 2019-cu ildən 26 min çoxdur. BMT-nin qeydiyyat aparmağa başladığı 2005-ci ildən bu yana bu rəqəm 250 mindən yuxarıdır. Bu pozuntuların təxminən 106 mini öldürmək və ya şikəst etmək olaraq qeydlərə düşüb.

  Fələstin, Yəmən, Konqo Demokratik Respublikası, Somali və Əfqanıstan uşaqlara qarşı şiddət hadisələrinin ən yüksək olduğu ölkələrdir.

  2010-cu ildən bu yana hər gün təxminən 25 uşaq qarşıdurmalarda öldürülür və ya şikəst qalır.

  Uşaqları Xialsetmə Fondunun 2020-ci il hesabatına görə, şiddətli qarşıdurmaların olduğu yerlərdə yaşayan uşaq sayı 2018-ci ilə görə 2 faiz artaraq 160 milyona qalxıb. Qarşıdurma bölgələrində həyatını davam etdirən ümumi uşaq sayının 426 milyon olduğu təxmin edilir. Bu rəqəm dünya üzrə uşaqların sayının beşdə biri deməkdir.

  Uşaqların yaşadığı ən təhlükəli ölkələr siyahısında Əfqanıstan, Cənubi Sudan, İraq, Konqo Demokratik Respublikası, Mali, Nigeriya, Orta Afrika Respublikası, Somali, Sudan, Suriya və Yəmən yer alır.



Әlaqәli Xәbәrlәr