Fransa Mali ilə ortaq hərbi əməliyyatları təxirə saldı

Fransa Müdafiə Nazirliyindən verilən məlumata görə...

1651500
Fransa Mali ilə ortaq hərbi əməliyyatları təxirə saldı

 

  Fransa 24 mayda hərbi çevriliş yaşanan Mali ilə icra edəcəyi ortaq hərbi əməliyyatları təxirə saldı.

  Fransa Müdafiə Nazirliyindən verilən məlumata görə, Malidə 24 mayda baş verən hərbi çevrilişdən sonra Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) ilə Afrika Birliyi (AfB) Malidə siyasi keçidi aydınlığa çıxarma şərtləri və qırmızı xəttləri üzərində çalışdıqlarını bildirib.

  Fransa hökuməti ehtiyat və keçici tədbir olaraq Mali ordusuyla icra ediləcək ortaq əməliyyatlarla bağlı danışıqları təxirəsalma qərarı verdi.

  Xatırladaq ki, 2020-ci ilin 18 avqustundakı qiyamın başında duran vitse-prezident və polkovnik Assimi Qoita 24 mayda kabinet dəyişikliyinin üsullara uyğun olmadığını səbəb göstərək ölkə başçısı Bah Ndau (Bah Ndaw) və baş nazir Moktar Uanın (Moctar Ouane) da aralarında olduğu çox sayda üst səviyyə səlahiyyətlinin nəzarətə alınması əmrini verdi. Bundan dərhal sonra özünü respublika prezidenti elan etdi. 

  ECOWAS ilə AfB 9 ay içərisində ikinci dəfə çevrilişə səhnə olan Malinin üzvlüyü məsələsini də yenidən təxirə saldıqlarını bildiriblər.



Әlaqәli Xәbәrlәr