Linda Tomas Qrinfild  Hatayda oldu

Linda Tomas Qrinfild: “Cilvegözü Sərhəd Qapısı Suriyaya yardımların çatdırılması üçün ən yaxşı vasitədir”

1651062
Linda Tomas Qrinfild  Hatayda oldu

 

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı(BMT) yanında Daimi Nümayəndəsi Linda Tomas Qrinfild Hatay rayonunun Reyhanlı qəsəbəsindəki Cilvegözü Sərhəd Qapısının Suriyaya humanitar yardımların çatdırılması baxımında beynəlxalq ictimaiyyət üçün ən yaxşı variant olduğunu bildirdi.

  Qrinfild Türkiyə səfəri çərçivəsində Hatayın Reyhanlı qəsəbəsində BMT Dünya Qida Proqramının (WFP) Yardım Paylama Mərkəzində Suriya Böhranı üzrə regional humanitar yardım koordinatorunun müavini Mark Cats və humanitar yardım qurumlarının işçiləri ilə bir araya gəlib, onlardan yardım fəaliyyətləri haqqında məlumat alıb.

  Mark Kats bütün yardım materiallarının Türkiyə yük maşınları ilə paylama mərkəzinə çatdırıldığını və buradan suriyalıların yük maşınlarına yükləndiyini, yardım fəaliyyətlərinin bütün mərhələlərinin nəzarət altında olduğunu, hansı məhsulun kimə çatdırıldığına dair məlumat sahibi olduqlarını və şəffaflığa üstünlük verdiklərini bildirib.

  Yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə məhdudiyyətlər tətbiq edilərkən Türkiyə səlahiyyətlilərin bir gün belə humanitar yardım fəaliyyətlərini dayandırmadıqların söyləyən Mark Kats humanitar yardım fəaliyyətlərində iştirak edənlərin səylərinin əhəmiyyətinə diqqət çəkib və Türkiyə hökumətinə suriyalı qaçqınları qəbul etdiyi üçün təşəkkür edib.

 



Әlaqәli Xәbәrlәr