Avropa İttifaqı Türkiyə-Misir dialoqunu alqışlayıb

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Türkiyə ilə Misir arasındakı dialoqu alqışladığını bildirib.

1650812
Avropa İttifaqı Türkiyə-Misir dialoqunu alqışlayıb

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Türkiyə ilə Misir arasındakı dialoqu alqışladığını bildirib.

Aİ Şurasının verdiyi açıqlamaya görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə edildiyi və Şərqi Aralıq dənizində təhlükəsizlik və sabitlik məsələlərinin də gündəmə gəldiyi bildirilib.

Açıqlamada "Avropa Şurasının sədri Mişel Aİ-nin Şərqi Aralıq dənizində sabit və etibarlı bir atmosferin qorunmasında maraqlı olduğunu vurğuladı və Misir ilə Türkiyə arasındakı mövcud dialoqu alqışladı" ifadəsi yer alıb. 

Mişel və Sisinin ayrıca Orta Şərq Sülh Prosesi mövzusunu da müzakirə etdikləri və Mişelin İsrail ilə "Həmas" arasındakı atəşkəsin qəbulundakıi səylərinə görə Misirə təşəkkür etdiyi də vurğulanıb.

İki liderin ayrıca Aİ ilə Misirin Liviyada sabitlik və birliyin təmin edilməsində ortaq maraqlara sahib olduqları, Milli Birlik Hökumətinə dəstək verilməsinin vacibliyini dilə gətirdikləri bildirilib.



Әlaqәli Xәbәrlәr