ÜST Çinin “Sinovac” peyvəndinə təcili istifadə təsdiqi verdi

Peyvənd üçün yaş həddi müəyyən olunmayıb

1649860
ÜST Çinin “Sinovac” peyvəndinə təcili istifadə təsdiqi verdi

 

  Ümumdünya Səhiyyə Təşkilatı Çinin yeni tip koronavirusa (Covid-19) qarşı inkişaf etdirdiyi “Sinovac” peyvəndinə təcili istifadə təsdiqi verdi.

  ÜST 18 yaş və yuxarı olan adamlar üçün təklif olunan peyvəndin 2-4 həftə arayla iki dozalıq bir proqramla tətbiq olunmasını tövsiyə etdi.

  Peyvənd üçün yaş həddi müəyyən olunmayıb.

  “Sinovac” peyvəndinin ağır xəstəlik və xəstəxanaya yerləşdirmələrin qarşısını 100 faiz aldığını bildirən Ümumdünya Səhiyyə Təşkilatı peyvənd edilənlərin 51 faizində semptomatik xəstəliklərin də azaldığını nəzərə çatdırıb.

  Beləliklə, ÜST-ün təcili istifadə təsdiqi ilə “Sinovac” peyvəndinin yoxsul ölkələr üçün başlanan “Covid-19” Peyvəndləri Qlobal Müraciət Proqramına (COVAX) daxil olmasının da yolu açıldı.

  Ümumdünya Səhiyyə Təşkilatı “Sinovac”la həm də 8-ci “Covid-19” peyvəndinə təcili istifadə təsdiqi vermiş oldu.          



Әlaqәli Xәbәrlәr