Polşa piyadalara cib telefonu istifadəsini qadağan etdi

Yerli medianın yazdığına görə...

1650265
Polşa piyadalara cib telefonu istifadəsini qadağan etdi

 

  Polşada yol keçidlərində piyadalara cib telefonu istifadəsini qadağan edən qanun qüvvəyə mindi.

  Yerli medianın yazdığına görə, ölkədə yol qəzalarında can itkilərini azaltmağa yönəlik yeni qanuna əsasən, iki maşın arasındakı əyləc məsafəsi yenidən müəyyən olundu və baqajda səfər edilməsi yasaqlandı.

  Tənzimləmə təkcə sürücüləri deyil, həm də piyadaları əhatə edir. Belə ki, piyadaların qarşıdan qarşıya keçərkən cib telefonu istifadəsi qadağan olundu.

  Qeyd edək ki, 2020-ci ildə Polşada yol qəzalarında 2500 piyada həyatını itirib ki, bu mövzuda ölkə Avropa İttifaqında ilk sıralardadır.



Әlaqәli Xәbәrlәr