İsveçrə Türkiyəni riskli ölkələr siyahısından çıxarıb

İsveçrədə federal hökumət yeni növ koronavirus (Covid-19) epidemiyasının qarşısını almaq məqsədilə səyahət məhdudiyyəti gətirdiyi "riskli ölkələr" siyahısından Türkiyəni çıxarıb.

1650529

Federal Səhiyyə Ofisi (BAG) tərəfindən qəbul edilən qərar daxilində 19 aprel tarixindən etibarən Türkiyə riskli siyahıya salınmışdı ​​və siyahıda yer alan ölkələrdən İsveçrəyə səyahət edənlərin 10 gün karantində qalacağı ifadə edilmişdi.

BAG siyahıda bu gün (2 iyun) etdiyi dəyişiklikdə Türkiyəni sabahdan etibarən (3 iyun) riskli ölkələr siyahısından çıxarıb.

Beləliklə, Türkiyədən İsveçrəyə gedənlər karantin tələbindən istisna olacaqlar.

Türkiyədən əlavə İran, Xorvatiya, Lüksemburq, Kıbrıs (Kipr) Rum İdarəsi ilə Almaniya, Fransa və İtaliyanın bəzi bölgələri riskli ölkələr siyahısından çıxarılıb.

İngiltərə, Hindistan, Belçika, Hollandiya, İsveç, Argentina, Sloveniya, Latviya, Litva, Çili, Nepal, Tanzaniya və Uruqvay da daxil olmaqla 30 ölkə siyahıda qalıb.

Digər tərəfdən, Türkiyəyə gediş-gəlişlərdə "Covid-19" əleyhinə peyvənd olmayanlar üçün test etmə məcburiyyəti var.

BAG-nin bugünkü qərarı ilə Türkiyədən gedən sərnişinlərdə "Covid-19" testləri mənfi çıxanlar artıq karantinə götürülməyəcəklər.

Әlaqәli Xәbәrlәr