Almaniya və Fransanın Türkiyə ilə əlaqələrə dair açıqlaması

Almaniya və Fransa "Türkiyə ilə qarşılıqlı mənfəət təmin edən əməkdaşlığa əsaslanan əlaqələrlə bağlı strateji maraqlarını" təsdiqləyiblər.

1649233
Almaniya və Fransanın Türkiyə ilə əlaqələrə dair açıqlaması

Almaniya və Fransa "Türkiyə ilə qarşılıqlı mənfəət təmin edən əməkdaşlığa əsaslanan əlaqələrlə bağlı strateji maraqlarını" təsdiqləyiblər.

Almaniyanın ev sahibliyi etdiyi Fransa ilə onlayn formatda keçirilən birgə nazirlər kabineti iclasından sonra yeni tip koronavirus (Covid-19) epidemiyası, iqlim dəyişikliyi ilə mübarizə, iqtisadi siyasət, rəqəmsal yenilik və beynəlxalq məsələləri əhatə edən 62 maddəlik bəyannamə yayılıb.

Bəyannamənin "beynəlxalq mövzularda işbirliği" başlıqlı hissəsinə Türkiyə də daxil edilərək deyilib ki,  Şərqi Aralıq dənizində gərginliyin azaldılmasının davam etməsi və regional böhranların həllinə konstruktiv töhfə verilməsi şərti ilə Türkiyə ilə qarşılıqlı mənfəət təmin edən əməkdaşlığa əsaslanan əlaqələrlə bağlı strateji maraqlarımızı təsdiqləyirik və qarşılıqlı konstruktiv bir atmosferdə əməkdaşlığı genişləndirməyə hazırıq.

Bəyannamədə Şərqi Aralıq dənizindəki bütün müvafiq tərəflərin problemlərin davamlı həllinə töhfə verməyə təşviq edildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr