“Tarzan” rolunu oynamış aktyor Cozef Lara həyatını itirib

ABŞ-nın  məşhur aktyoru, “Tarzan: macəraların tarixi” (“Tarzan: The Epic Adventures”, 1996-2000), teleserialında baş rolu oynamış Cozef Lara ABŞ-ın Tennessi ştatında baş vermiş təyyarə qəzasında həyatını itirib.

1648756
“Tarzan” rolunu oynamış aktyor Cozef Lara həyatını itirib

Rezerford dairəsi administrasiyasının saytında yayılmış məlumata görə hadisə şənbə günü baş verib. Kiçik mühərrikli “Cessna C501” təyyarəsi ştatın şimalında gölə düşüb, qəza zamanı yeddi nəfər həlak olub.

Hakimiyyət orqanları qeyd ediblər ki, ölənlər arasında Lara, həmçinin onun xanımı Qven Şamblin də var. Qadın ABŞ-da məşhur dietoloq idi.

Lara həmçinin "Malibu xilasediciləri" ("Baywatch", 1989-2001) və "Konan" ("Conan", 1997-1998) seriallarında çəkilib.

Təyyarə Tennessidən Florida ştatına uçurmuş. Lakin səmaya qalxdıqdan qısa müddət sonra yerə düşüb. Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. Hadisə ilə bağlı istintaq başlanılıb.

 



Әlaqәli Xәbәrlәr