Aİ qaçqınların keçidlərinə mane olmaq üçün rəqəmsal baryerlərdən istifadə edəcək

Sistemdə kamera və sensorların yer aldığı süni zəka ilə işləyən nəzarət şəbəkəsi yer alır.

1649033
Aİ qaçqınların keçidlərinə mane olmaq üçün rəqəmsal baryerlərdən istifadə edəcək

Kamera və sensorların yer aldığı süni zəka ilə işləyən nəzarət şəbəkəsinin olduğu sistem çərçivəsində süni zəka ilə işləyən yalan dedektorları, vizual sərhəd qoruma qayıqları və kameralar kimi təhlükəsizlik sistemləri test edilib.

Yunanıstan polisinin zirehli vasitəsinə quraşdırılmış uzun mənzilli akustik cihazdan Türkiyə sərhədinə doğru qulaqları kar edən səslər göndərə biləcək sistemdə inşa ediləcək polad divarla da immiqrantların iki ölkə arasındakı Meriç çayını keçməsinin qarşısının alınması nəzərdə tutulub. 

Meriç çayı sahillərindəki nəzarət qüllələrinə uzun məsafəli kameralar, gecə görüşü və bir çox sensor yerləşdiriləcək.

Süni intellekt analizindən istifadə edərək şübhəli bir hərəkət aşkar edildikdə, əldə edilən məlumatlar idarəetmə mərkəzinə göndəriləcək.

Bölgənin sərhəd qoruma orqanından məsul olan polis Dimonsthenis Kamargios verdiyi açıqlamada "Əlimizdə ön-sərhəd məntəqəsində nələrin baş verdiyinə dair dəqiq rəsm var" deyib. 

Kamargios sistemin detallarının ilin sonuna doğru elan ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr