ABŞ-da peyvənd olanlar mükafatlandırılacaq

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında ictimaiyyəti yeni növ koronavirus (Kovid-19) əleyhinə peyvənd olmağa təşviq etmək üçün 116.5 milyon dollarlıq mükafat paylanması qərarına gəlinib.

1647436
ABŞ-da peyvənd olanlar mükafatlandırılacaq

Kaliforniya valisi Gavin Newsom bu barədə açıqlama verib. Qeyd edib ki, Ştatda 20 milyondan çox insana peyvənd vurulub. 4 iyundan etibarən vaksinasiya proqramına daxil olanlara pul mükafatı verəcəyik. Newsomun sözlərinə görə başladılan kampaniya çərçivəsində ümumilikdə 116.5 milyon dollar mükafat paylanacaq.

Kovid-19 tədbirlərinin minimum seviyyəyə endirilməsi məqsəd götürülən 15 İyuna dək əhalinin 70%-nin peyvənd olunmasını istədiklirini ifadə edən Newsom, Kaliforniyada vaksinasiya işlirin sürətlə aparılması üçün ölkənin digər ştatlarından daha çox vəsait ayrdıqlarına diqqət çəkib. Xalqa paylanacaq mükafatların ştatın fəlakətə qarşı mübarizə büdcəsindən təmin ediləcəyini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr