Qarşıdurmalar yardımların qarşısında durdu

Birləşmiş Millətlər Təşkilatı yeni tip koronavirus (Covid-19) epidemiyası dövründə belə qarşıdurmaların dayandırılması çağırışına baxmayaraq dünyanın ayrı-ayrı bölgələrində atışmaların sürdüyünü və bunun xəstəliklə mübarizə səylərini zorlaşdırdığını bild

1646258
Qarşıdurmalar yardımların qarşısında durdu

 

  Birləşmiş Millətlər Təşkilatı yeni tip koronavirus (Covid-19) epidemiyası dövründə belə qarşıdurmaların dayandırılması çağırışına baxmayaraq dünyanın ayrı-ayrı bölgələrində atışmaların sürdüyünü və bunun xəstəliklə mübarizə səylərini zorlaşdırdığını bildirib.

  BMT səlahiyyətliləri Təhlükəsizlik Şurasının onlayn yığıncağında  qarşıdurma bölgələrindəki vətəndaşların vəziyyətilə bağlı müzakirə aparıblar.

  BMT humanitar məsələlər üzrə məsul baş katib müavini Mark Loukok (Mark Lowcock) deyib: “Covid-19” dövrü boyu Suriyadan Yəmənə, Konqo Demokratik Respublikasından Mozambikə qədər olan bölgələrdə qarşıdurmalar sürdü. Bu vəziyyət nəinki virusun yayılmasının qarşısının alınması, xəstəliyin bulaşdığı insanların müalicəsinə səylərə belə mənfi təsir etdi. Eyni zamanda, epidemiya dövründə təxirə salınan uçuşlar, sərhədlərin bağlanılması, səyahət məhdudlaşdırmaları və karantin tədbirləri qarşıdurma bölgələrinə humanitar yardım çatdırılmasına mane oldu. Üstəlik ölkələrdə asayişin pozulması, sanksiyalar, terrorla mübarizə tədbirləri və inzibati maneələr humanitar əməliyyatları icra etməyi çətinləşdirdi."



Әlaqәli Xәbәrlәr