Jan Kubis ilә Musa әl-Koni Liviyada keçirilәcәk seçkilәri müzakirә ediblәr

Birlәşmiş Millәtlәr Tәşkilatının Liviya üzrә xüsusi nümayәndәsi Jan Kubis Liviyadakı seçkilәrin daha әvvәl razılaşdırılmış tarixdә keçirilmәsinin әhәmiyyәtini vurğulayıb.

1645841

Liviya Dövlәt Şurasının mәtbuat xidmәtindәn verilәn bәyanatda Kubisin paytaxt Tripolidә Dövlәt Şurasının sәdrinin müavini Musa әl-Koni ilә bir araya gәldiyi bildirilib.

Görüşdә seçkilәrin razılaşdırılmış tarixdә keçirilmәsinin әhәmiyyәtini vurğulayan Kubis Milli Seçki Komissiyasının bu günәdәk gördüyü hazırlıqlara görә mәmnun olduqlarını bildirib.

Dövlәt Şurasının әhatәli milli razılaşmaya nail olmaq vә seçkilәrin razılaşdırılmış tarixdә keçirilmәsi üçün fәaliyyәtlәrini davam etdirdiyini ifadә edәn Musa әl-Koni dә Liviya Siyasi Dialoq Forumunu azad seçkilərə zəmanət vermək üçün konstitusiya zəminində razılaşmağa çağırdı.

Qeyd edәk ki, Liviya Siyasi Dialoq Forumu 2021-ci ilin 24 dekabr tarixindә ölkәdә seçkilәrin keçirilmәsi ilә bağlı qәrar qәbul edib.

Әlaqәli Xәbәrlәr