BMT-nin türk ali nümayəndəsi Arakan müsəlmanlarına baş çəkdi

“Twitter” hesabından etdiyi paylaşmada Volkan Bozkır yazıb...

1646225
BMT-nin türk ali nümayəndəsi Arakan müsəlmanlarına baş çəkdi

 

  Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci dövri sədri Volkan Bozkır Banqladeşdə sığınmaçı olan Arakan müsəlmanlarına baş çəkib.

  V.Bozkır rəsmi səfərdə olduğu Banqladeşdə Cox's Bazar şəhərinə qaçqın düşən Arakan müsəlmanlarının düşərgəsinə gedib.

  “Twitter” hesabından etdiyi paylaşmada Volkan Bozkır yazıb: "Arakandakı dəhşət və zalımlqıdan qaçan və təhlükəsiz yerə çatmaq üçün çətin yollardan keçən Arakan müsəlmanlarıyla Cox's Bazardakı düşərgələrində bir araya gəldim. Necə yaşadıqlarını, həyatda nə cür qaldıqlarını və gələcəyə ümidlərini onların özlərindən eşitdim.

  Düşərgədə olanların ehtiyaclarını qarşılayan Türk Səhra Xəstəxanasındakı işlərlə maraqlandım. Buradakı mövcud xidmətlər mühüm, mənalı və qürurvericidir.

  Arakan müsəlmanlarına qapılarını açan, qoruyan və təməl xidmətlərlə təmin edən Banqladeş hökuməti və xalqına BMT Baş Assambleyası adından təşəkkür edirik”.



Әlaqәli Xәbәrlәr