1 iyundan Avropa İctimai Prokurorluğu fəaliyyətə başlayır
Aİ Komissiyası Avropa İctimai Prokurorluğu (EPPO) rəsmi olaraq fəaliyyətə başlaması ilə bağlı qərar verib
Avropa İttifaqının (Aİ) büdcəsinə qarşı cinayətlərə dair cinayət araşdırmaları və məhkəmə araşdırmaları məsul prokurorluğu 1 iyundan fəaliyyətə başlayır.
Aİ Komissiyası Avropa İctimai Prokurorluğu (EPPO) rəsmi olaraq fəaliyyətə başlaması ilə bağlı qərar verib.
Məlumata görə, prokurorluq xərcləmə və gəlirlərlə bağlı saxtakarlıq, iki və daha çox üzv ölkənin daxil olduğu, ən az 10 milyon avroluq Əlavə Dəyər Vergisi (ƏDV) ilə əlaqədar fırıldaqçılıq, Aİ büdcəsindən hiylə ilə mal varlığına sahibolma, maliyyə mənfəətlərinin sui-istifadəsi məsələlərini araşdıraraq bu işdə Aİ təşkilatları və üzv ölkələrdən müstəqil hərəkət edəcək.
Lüksemburqda yerləşən Avropa İctimai Prokurorluğu hər il təxminən 3 min qovluq araşdıracaq.
Xatırladaq ki, Avropa İttifaqı ölkələri 2017-ci ildə Avropa İctimai Prokurorluğunun qurulması üçün əməkdaşlıq etmə qərarı vermiş, buna 22 Aİ üzvü də qatılmış, İsveç, Macarıstan, Polşa, İrlandiya və Danimarka isə iştiraketməmə qərarı vermişlər.
Avropa İctimai Prokurorluğunun baş prokurorunun rumın Laura Kodruta Kövesinin təyin edilməsi gözlənilir.