Malidə gərginlik davam edir

Afrika ölkəsi Malidə Keçid Şurasının prezidenti Bah Ndav və baş nazir Moktar Uan daxil olmaqla yüksək rütbəli çox sayda məmur hərbi hissələr tərəfindən tutulub.

1644966
Malidə gərginlik davam edir

Afrika ölkəsi Malidə Keçid Şurasının prezidenti Bah Ndav və baş nazir Moktar Uan daxil olmaqla yüksək rütbəli çox sayda məmur hərbi hissələr tərəfindən tutulub.

Yerli KİV-lərin verdiyi məlumata görə, tutulanların arasında müdafiə naziri də var və onlar paytaxt Bamako xaricindəki Katidəki hərbi bazaya aparılıblar.

Xatırladaq ki, keçən il iyunun 18-də Malidə çevriliş həyata keçirildi, prezident İbrahim Boubacar Keita tutuldu və Keçid Şurası daxilində yeni hökumət quruldu.

Digər tərəfdən, Türkiyənin Bamakodakı Səfirliyi "Twitter" hesabında Malidə yaşayan Türkiyə vətəndaşlarını məcbur hallar istisna olmaqla küçələrə çıxmamaq və ehtiyatlı hərəkət etmələri barədə xəbərdar edib.



Әlaqәli Xәbәrlәr