İspaniyanın Seuta şəhərində yüzlərlə miqrant uşaq anbarlarda yaşayır

İspaniyanın miqrant böhranı yaşanan Seuta şəhərində yüzlərlə uşaq və gəncin ağzına qədər dolu olan anbarlarda saxlanıldığı bildirilib.

1644574
İspaniyanın Seuta şəhərində yüzlərlə miqrant uşaq anbarlarda yaşayır

İspaniyanın miqrant böhranı yaşanan Seuta şəhərində yüzlərlə uşaq və gəncin ağzına qədər dolu olan anbarlarda saxlanıldığı bildirilib.

İngilis "The Guardian" qəzetinin xəbərinə görə, yeni miqrasiya dalğası ilə Seuta şəhərinə gələn uşaqlar ya anbarlarda izdihamlı şəkildə ya da şəhər parklarındakı çətin şərtlər altında yaşayırlar.

Bölgəyə gələn 8 min miqrantdan təxminən 7 mininin sərhədə geri göndərildiyini ifadə edən İspaniya səlahiyyətliləri, hələ də müşayiətsiz 438 uşaq və gəncin olduğunu açıqlayıb.

İspaniyanın sosial hüquqlar naziri İone Belarra "RTVE" kanalına verdiyi açıqlamada ölkəyə tək başına daxil olan uşaqlar problemini həll etməyə cəhd etdiklərini, bölgədə adi vəziyyətdən fərqli olaraq 7, 8, 9 yaşlı uşaqların müəyyən edildiyini bildirib.

Bu uşaqların əksəriyyətinin sığınacaq yerinə çevrilən anbarlara göndərildiyi və 10 günlük koronavirus karantinində polis nəzarəti altında saxlanılacağı qeyd edilib.

Mərakeşli immiqrantların 17 mayda yerli vaxtla saat 02:00-dan etibarən başlatdıqları və Mərakeş idarəsinin göz yumduğu qanunsuz miqrasiya axını ilə Seuta şəhərinin şimal (Benzu) və cənub (Taracal sahili) sərhədlərindən üzərək və ya piyada 2 gündə 8 mindən çox insan İspaniyaya keçib.



Әlaqәli Xәbәrlәr