Liviya və Tunis arasında müqavilələr imzalandı

Liviya və Tunis arasında nəqliyyat sahəsində müqavilələr imzalandı

1643897
Liviya və Tunis arasında müqavilələr imzalandı

 

  Liviyanın baş naziri Əbdülhəmid Dibeybe paytaxt Trablusa rəsmi səfərə gələn tunisli həmkarı Hişam əl-Meşiş və heyəti ilə bir araya gəldi.

  Ə.Dibeybe və H.Meşişi Baş Nazirlikdəki təkbətək və heyətlərarası görüşdən sonra ortaq mətbuat konfransında çıxış ediblər.

  Liviya və Tunis əlaqələrində son zamanlar böyük bir irəliləyiş yaşandığını bildirən Liviyanın baş naziri Dibeybe deyib: “İki ölkə arasında quru, dəniz və hava yük nəqliyyatı sahələrində müqavilələr imzaladıq. Çətin iqtisadi şərtlər qarşısında Tunisi tək buraxmayacağıq və qardaşlarımıza kömək etmək üçün lazımlı bütün addımları atacağıq.

  Koronavirusla mübarizədə dəstək olmaq üçün Tunisin cənub bölgəsinə tibbi heyət göndərəcəyik. Liviya-Tunis sərhəd qapılarında prosedurları yüngülləşdirəcəyik”.

  Tunisin baş naziri Meşişi də öz növbəsindəki çıxışında deyib: “Liviya xalqını mövcud sabitlik yolu münasibətilə təbrik edirik. Ölkənin yenidən inşasında yoldaşlıq etməyə tam hazırıq. Ortaq tale paylaşırıq. Tunisin mövcud çətinliklərdən xilas olması Liviyaya da fayda verəcək. Liviya vətəndaşlarının Tunisə gediş-gəlişini asanlaşdıracaq və mülkiyyət əldəetmə məhdudlaşdırmalarını aradan qaldıracağıq.”

  Liviya və Tunisin baş nazirləri imzalanan müqavilələrin ayrıntıları ilə bağlı məlumat paylaşmayıblar.



Әlaqәli Xәbәrlәr