Koronavirusun "cüt mutant"ı Danimarkada da göründü

Danimarka səhiyyə naziri Maqnus Hoynike (Magnus Heunicke) sosial mediya hesabından etdiyi şərhdə bildirib...

1644001
Koronavirusun "cüt mutant"ı Danimarkada da göründü

 

  İki dəfə mutasiya keçirdiyi üçün "cüt mutant" adlandırılan koronavirusun Hindistan növü Danimarkada da görünüb.

  Danimarka səhiyyə naziri Maqnus Hoynike (Magnus Heunicke) sosial mediya hesabından etdiyi şərhdə bildirib: “Yeni tip koronavirusun (Covid-19) Hind növü olan B.1.617 Qlostrup bölgəsində (Glostrup) aşkarlanıb. Şəhər bələdiyyəsi ilə yaxın əməkdaşlıq içində çalışırıq. Bələdiyyə işçiləri virusun rast gəlindiyi bölgədə qapı-qapı gəzərək vətəndaşlara test çağırışı edir.”

  Danimarka Dövlət Televiziyası DR virusun Hind növünün İngiltərə tipinə görə 50 faiz daha sürətlə yayıldığını bildirib.  

  Qeyd edək ki, təxminən 5,8 milyon əhalisi olan Danimarkada ilk peyvəndləmənin başladığı 27 dekabr 2020-ci ildən bu yana 1 milyon 822 min 2 adam peyvənd edilib. Bunların 1 milyon 165 min 308-inə ikinci doza peyvəndləri də vurulub.



Әlaqәli Xәbәrlәr