Entoni Blinken vә Mahmud Abbas arasında telefon danışığı olub
Bu barәdә ABŞ Dövlәt Departamentindәn verilәn bәyanatda bildirilib.
1643667
Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken mühasirә altındakı Qәzzaya humanitar yardımın göndәrilmәsinә vә İsrailin tәşkil etdiyi hücumlar nәticәsindә zәrәr görәn şәhәrin yenidәn inşa edilmәsinә töhfә verәcәklәrini bildirib.
Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken vә Fәlәstin dövlәt başçısı Mahmud Abbas arasında telefon danışığı olub. Tәrәflәr bölgәdәki son vәziyyәti müzakirә ediblәr.
Bu barәdә ABŞ Dövlәt Departamentindәn verilәn bәyanatda bildirilib. Bәyanatda tәrәflәrin hәmçinin İsrail ilә Hәmas arasında әldә olunan atәşkәsә görә mәmnun olduqlarını ifadә etdiklәri bildirilib.