İsrail hökuməti ilə “Həmas” Misirin vasitəçiliyi ilə razılığa gəldilər

İsrail mətbuatının yaydığı məlumata görə...

1643083
İsrail hökuməti ilə “Həmas” Misirin vasitəçiliyi ilə razılığa gəldilər

 

  İsrail hökuməti ilə “Həmas” arasında Misirin vasitəçiliyi ilə varılan, "qarşılıqlı və bərabər zamanlı olması" qərarlaşdırılan razılaşma mayın 21-inə keçən səhər saat 02.00-dan qüvvəyə minib.

  İsrail mətbuatının yaydığı məlumata görə, İsrail Təhlükəsizlik Kabineti mühasirə altındakı Qəzza zolağında 10 maydan bəri davam edən hücumlara son qoyularaq atəşkəsə gedilməyi qəbul edib.

  “Həmas”ın sözçüsü Sami Əbu Zuhri də İsrail ilə Qəzza zolağında atəşkəsin yerli saatla bu gecə 02.00-dan başlayacağını təsdiqləyib.

  Atəşkəs müqaviləsi qüvvəyə mindikdən sonra Qəzza bölgəsi və işğal altındakı İordan çayının Qərb sahillərindəki fələstinlilər küçələrə çıxaraq sevinclərini kütləvi şəkildə paylaşıblar.

  Xatırladaq ki, Qəzzaya 10 maydan bəri davam edən İsrail hücumlarında 65-i uşaq, 39-u qadın olmaqla 232 fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr