Bu ölkədə Çin istehsalı dərman və peyvənd istifadəsi qadağan edildi

Şimali Koreya lideri Kim Jong-un paytaxt Pxenyandakı xəstəxanalarda Çin istehsalı dərman və peyvəndlərin istifadəsini qadağan etdi.

1642629
Bu ölkədə Çin istehsalı dərman və peyvənd istifadəsi qadağan edildi

Asia News-a istina edilən xəbərə görə, Şimali Koreyada yüksək vəzifəli bir məmur Çin istehsalı dərman istifadə etdikdən sonra həyatını itirib. Bu hadisə ölkə lideri Kim Jong-ın paytaxt xəstəxanalarında Çinin istehsal etdiyi dərmanlar ilə yeni növ koronavirus əleyhinə peyvəndlərin istifadəsini qadağan etməsinə səbəb olub.

Yüksək vəzifəli şəxsin ölüm səbəbinin istifadə etdiyi Çin istehsalı dərmanın olub - olmadığına dair konkret məlumat yoxdur.

Qeyd edək ki, Şimali Koreya rəsmiləri ölkədə Kovid-19 hadisəsi olmadığını iddia edərkən, beynəlxalq təşkilatlar və alimlər bunun doğru olduğuna şüphə ilə yanaşırlar.

 



Әlaqәli Xәbәrlәr