BMT Fələstin üçün toplanır

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası mayın 20-sində Fələstin üçün toplanır

1642417
BMT Fələstin üçün toplanır

 

  Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası mayın 20-sində Fələstin üçün toplanır.

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirak edəcəyi yığıncaqda İsrailin Qəzzaya hücumları və Şərqi Qüdsdə fələstinlilərin yəhudi gəlmələr tərəfindən evlərindən zorla çıxarılması məsələləri müzakirə ediləcək.

  BMT-nin 200-ə yaxın üzvünün toplantı vasitəsilə İsrailə xəbərdarlıq etməsi gözlənilir.

  Xatırladaq ki, Niger və Əlcəzairin müraciətindən sonra BMT Baş Assambleyasının 75-ci sədri Volkan Bozkır təşkilatın toplanacağını açıqlamışdı.

  Qərarlar orqanı - Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında (BMT TŞ) indiyə qədər Qəzza ilə bağlı biri açıq, üçü bağlı olmaqla 4 iclas keçirilib, ancaq heç birindən nəticə alınmayıb. Çünki Amerika Birləşmiş Ştatları yəhudi məskunlaşmalarının dayandırılması və İsrailin hücumlarından narahatlıq duyulan fikirlərə maneə törədib.



Әlaqәli Xәbәrlәr