Polşa naziri “Bayraktar TB2”ni paylaşdı

“Twitter”dən üzərində Polşa bayrağı olan “Bayraktar TB2” silahlı pilotsiz uçan aparatı (SİHA) şəklini paylaşan nazir yazıb...

1642123
Polşa naziri “Bayraktar TB2”ni paylaşdı

 

  Polşanın müdafiə naziri Mariuş Blaşak (Mariusz Blaszczak) “Bayraktar TB2”ni paylaşdı.

  “Twitter”dən üzərində Polşa bayrağı olan “Bayraktar TB2” silahlı pilotsuz uçan aparatın (SİHA) şəklini paylaşan nazir "Yaxınlarda yaxşı xəbərlər gəlir. Gözləyin" yazıb.

  Paylaşma qısa müddətdə böyük maraq doğurub.

  Qeyd edək ki, “Bayraktar”ın texniki müdiri Səlcuq Bayraqdar 93 faiz yerlilik nisbətiylə çıxarılan TB2 silahlı PUA-larının öz sinfində dünyanın ən yaxşısı olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr