Prezidenti Co Bayden Netanyahu ilə danışıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden İsrail Baş Naziri Binyamin Netanyahu ilə keçirdiyi telefon danışığında bölgədə atəşkəs elan edilməsindən tərəf olduğunu bildirib.

1641160
Prezidenti Co Bayden Netanyahu ilə danışıb

 

İki başçı arasında baş tutan telefon danışığı ilə əlaqəli Ağ Evdən yazılı açıqlama verilib. Qeyd edilib ki, Bayden görüş zamanı ayrı-seçkiliksiz raket hücumları qarşısında İsrailin özünümüdafiə haqqını qətiyyətlə dəstəklədiyini, beynəlxalq ictimaiyyətin zorakılıqlara qarşı biganə qalmamalarının təmin edilməsi və Qüdsdə sülhün bərpası uğurunda atılan addımları yüksək qiymətləndirdiyini vurğulayıb. İsraili günahsız mülki insanları qorumaq üçün əlindən gələni etməyə çağırıb.

Şərhdə İsrailin Qəzza və Həmasdakı digər qruplara qarşı həyata keçirdiyi əməliyyatların da gündəmə daxil edildiyi telefon danışığında Baydenın atəşkəsdən tərəf olduğunu və dəstək verdiyini ifadə etdiyinə diqqət çəkilib və iki liderin prosesin davam etdiyi müddətdə nümayəndə heyətlərinin yaxın ünsiyyətdə olmaları mövzusunda mütabiq qaldığı bildirilib.



Әlaqәli Xәbәrlәr