Myanmada etiraz aksiyalarında hәyatını itirәnlәrin sayı 802 nәfәrә çatıb

Myanmada hərbi çevriliş və seçilmiş hökumət üzvlərinin həbs edilməsinə qarşı təşkil edilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 800  nәfәri keçib.

1641555

Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı  tərəfindən yayımlanan gündəlik hesabatda son 24 saat ərzində daha 6 nəfərin öldüyü bildirilib. Hesabatda ümumi can itkisinin 802  nәfәrә yüksәldiyi, daha 4  min 120  nәfәrin dә saxlanıldığı qeyd olunub.

Daha әvvәl  verilən məlumatda hәyatını itirәnlәr arasında çox sayda uşağın olduğu bildirilmişdi.

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəsmi  şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirmişdi və ölkәdә fövqәladә vәziyyәt rejimi elan etmişdi. 

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı. 

Әlaqәli Xәbәrlәr